Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti illik ixtisaslaşmış “BELAGRO” sərgisində iştirak ediblər.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti illik ixtisaslaşmış “BELAGRO” sərgisində iştirak ediblər.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti 3-4 iyun 2021-ci il tarixlərində illik ixtisaslaşmış “BELAGRO” sərgisində iştirak ediblər. Belarus Dövlət Aqrar Texniki Universitetinin Aqro-Sənaye Kompleksi Kadrlarının Təkmilləşdirilməsi və Yenidənhazırlanması İnstitutu tərəfindən təşkil olunan “Kənd yerlərinin davamlı inkişafının və aqrar-sənaye kompleksinin kadr təminatının aktual problemləri” beynəlxalq elmi-praktik konfransı, Belarus Kənd Təsərrüfatı və Qida Nazirliyinin, Belarus Milli Elmlər Akademiyasının Fundamental Tədqiqatlar Belarus Respublika Fondunun, Rusiya aqrar-sənaye kompleksinin kadr təminatı Akademiyasının iştirakı və dəstəyi ilə keçirilmişdir.
Konfransı giriş sözü ilə Belarus Respublikası Kənd Təsərrüfatı və Qida nazirinin birinci müavini İqor Vyaçeslavoviç Brılo açıb.
Qonaqlar konfrans iştirakçılarına salamlama nitqi ilə müraciət ediblər:
Rusiya Federasiyası Dövlət Dumasının əməkdaşı, Birlik Dövlətlərinin dövlət katibinin müşaviri, Rusiya-Belarus Ekspert Klubunun üzvü, iqtisad elmləri doktoru, professor Yevgeni Yevgeniviç Mozhayev; Azərbaycan Respublikası Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mahir Həmzə oğlu Hacıyev; Rusiya Aqrosənaye Kompleksi Kadrlar Akademiyası və Beynəlxalq Peşəkar Davamlı Təhsil Assosiasiyasının Tədris və Metodiki Konsorsiumunun nümayəndəsi, professor Boris İliç Şaytan; Primorsk Dövlət Kənd Təsərrüfatı Akademiyasının rektoru, kənd təsərrüfatı elmləri namizədi Andrey Eduardoviç Komin; V.Y.Qorina adına Belqorod Dövlət Aqrar Universitetinin Aqrobiznes kadrlarının yenidən hazırlanması və ixtisasartırma İnstitutunun direktoru, biologiya elmləri namizədi Aleksandr Vladimiroviç Kosov konfrans iştirakçılarını salamladılar və öz dəyərli fikirlərini bölüşdülər.
Məhdud vaxt formatında keçirilən tədbirdə Belarus, Rusiya, Qazaxıstan, Azərbaycan, Ukrayna, Özbəkistan, Bolqarıstanın elmi və praktik potensialı olan 102 nümayəndə iştirak edib. Qaldırılan problemlə bağlı 18 məruzə dinlənilib. Müzakirələr keçirilib. Elmi materialların toplanması ərəfəsində 150-yə yaxın məqalə qəbul edilib.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti illik ixtisaslaşmış “BELAGRO” sərgisində iştirak ediblər.Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti illik ixtisaslaşmış “BELAGRO” sərgisində iştirak ediblər.Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti illik ixtisaslaşmış “BELAGRO” sərgisində iştirak ediblər.Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti illik ixtisaslaşmış “BELAGRO” sərgisində iştirak ediblər.Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti illik ixtisaslaşmış “BELAGRO” sərgisində iştirak ediblər.Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti illik ixtisaslaşmış “BELAGRO” sərgisində iştirak ediblər.