Vakant vəzifəni tutmaq üçün MÜSABİQƏ

Vakant vəzifəni tutmaq üçün MÜSABİQƏ

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda Elmi katib vəzifəsini tutmaq üçün müsabiqə elan edilir.

Vəzifəyə dair tələblər.
İş təcrübəsi: 3 ildən az olmayaraq (elmi fəaliyyət), Elmlər namizədi (və ya hal hazırda doktorantura təhsili alan).
Əmək haqqı: 500+ manat

Vəzifə borcu. Elmi tədqiqat və araşdırmaların ümumi perspektivləri və illik planları üzrə təkliflərin hazırlanmasını təmin edir. İnstitutun (idarənin) bölmələrinin, həmçinin onunla birgə iş aparan digər idarə, təşkilat və müəssisələrin yerinə yetirdiyi elmi-tədqiqat işlərinin əlaqələndirilməsini həyata keçirir. Müəyyən olunmuş tematik planların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə və institutun (idarənin) fəaliyyəti haqqında ümumi hesabatların hazırlanmasına nəzarəti təşkil edir. Elmi (elmi-texniki) şuranın iş planının layihəsini hazırlayır, onların yerinə yetirilməsinə və şuranın qəbul etdiyi qərarların həyata keçirilməsinə nəzarət edir. Dissertasiya müdafiələri və elmi adların verilməsi ilə bağlı materiallara baxır. Elmi əsərlərin nəşri planları üçün təklif hazırlayır, onlara rəy verilməsini, həmçinin elmi konfransların, müşavirələrin, seminarların, diskussiyaların təşkilini təmin edir. İşçilərin attestasiyasının keçirilməsini, onların fəaliyyətini qiymətləndirmək üçün meyar və metodların hazırlanmasını təşkil edir.

Maraqlanan şəxslər sənədlərini 15.03.2021-ci il tarixinədək HETİ-nin "Hüquq, Kadr və kargüzarlığın təşkili" şöbəsinə təqdim edə bilərlər.
Ünvan: Göygöl rayonu, Firuzabad qəsəbəsi
Əlaqə telefonu: +994222022330
E-mail: azethi@mail.ru