GENETİKA, BİOTEXNOLOGİYA VƏ SELEKSİYA ŞÖBƏSİ

Şöbənin əməkdaşlarının siyahısı:
Yasin Ramid oğlu Aslanov - Şöbə müdiri
Fizuli Mirzə oğlu Mirzəyev - Aparıcı elmi işçi
Şairə Əli qızı Quliyeva - Böyük elmi işçi


Şöbənin tabeliyində olan laboratoriyalar

İri və xırdabuynuzlu heyvanların, quşların yetişdirilməsi laboratoriyası

Hal hazırda laboratoriyada 8 nəfər çalışır.

Tut ipəkqurdunun seleksiyası laboratoriyası

GENETİKA, BİOTEXNOLOGİYA VƏ SELEKSİYA ŞÖBƏSİ
Laboratoriyada 1946-cı ildən bu günə kimi tut ipəkqurdunun seleksiyası sahəsində məhsuldarlığın yüksəldilməsi, sadə və mürəkkəb hibridlərin yaradılması, sınağı, yemin yüksək ödənilməsi, texniki ipəyin tələbatının ödənilməsi, yüksək texnoloji xassələrin təmin edilməsi, sarılıq xəstəliyinə dözümlülük, müxtəlif çoxaldılma üsullarında və onların geneoloji nəsillərində yemin ödənilməsi və yeni, müasir aqrozootexnologiyaların işlənib hazırlanması və s. istiqamətlərdə aparılan seleksiya işləri nəticəsində 50-yə qədər yeni cinslər yaradılmışdır.
Bu cinslərin çarpazlaşdırılması yolu ilə yüzlərlə hibrid kombinasiyaları yaradılmış və sınaqdan keçirilmişdir.
Bununla yanaşı, seleksiyaçılarımız öz xarici həmkarları ilə əlaqələr yaradılmasına da ciddi fikir verərək Ukrayna Aqrar Elmlər Akademiyasının İpəkçilik İnstitutu, Gürcüstan Dövlət Aqrar Universitetinin Elmi Tədqiqat İpəkçilik İnstitutu və Bolqarıstanın Sofiya Kənd Təsərrüfatı Akademiyasının İpəkçilik və Əkinçilik təcrübə stansiyası ilə birgə beynəlxalq elmi əməkdaşlıq əlaqələri yaratmışlar. Bolqarıstanlı həmkarlarımızla 10 il müddətinə bağlanmış beynəlxalq müqavilə əsasında aparılan elmi işlər yekunlaşmışdır.
Bundan başqa laboratoriyada 2005-ci ildən Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya regionu ölkələrinin Beynəlxalq İpək Assosiasiyasının (BAKSA) İcraiyyə Komitəsinin qərarı və tövsiyəsi əsasında MDB-dən Azərbaycan, Özbəkistan və Gürcüstan üçün yaradılması nəzərdə tutulmuş yeni xətlər üzərində elmi tədqiqat işi aparılmışdır.
Hal-hazırda laboratoriyada ipəkçilik haqqında Dövlət Proqramının Tədbirlər Planının 8.2.2. altbəndində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda istehsalı nəzərdə tutulmuş damazlıq (superelit) qrena istehsalı üçün hazırlıq işləri aparılır.

Laboratoriyada hal-hazırda 1 mövzu altında 2 iş aparılır:

Mövzu 4: Baramaçılıqda yüksək məhsuldar tut ipəkqurdu cinslərinin və hibridlərinin yaradılması, sınağı və genofondun qorunub saxlanılması.

İş 4.1. Müxtəlif ekoloji şəraitdən götürülmüş cinslərin çarpazlaşdırılması yolu ilə müasir standartlara cavab verən yüksək məhsuldar tut ipəkqurdu hibridlərinin yaradılması və sınağı.

İş 4.2. Tut ipəkqurdu genofondunun qorunub saxlanılması, öyrənilməsi və istifadəsi.

Hal hazırda laboratoriyada 10 nəfər çalışır.

Genetik tədqiqatlar və embrion transferi laboratoriyası

Hal hazırda laboratoriyada 9 nəfər çalışır.