BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNFORMASİYA KOMMUNİKASİYA TEXNOLOGİYALARI ŞÖBƏSİ

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Beynəlxalq əlaqələr və İnformasiya Kommunikasiya Texnologiyaları” şöbəsi institutun mütəxəssisləri üçün lazım olan məlumatların axtarışı, toplanması, emalı (redəktə, tərcümə və s.) və əməkdaşlara çatdırılması, elmi-praktiki konfransların, seminar və dəyirmi masaların təşkili, institutda aparılan işlərin foto və video çəkilişlərinin aparılması, elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi ilə bağlı məlumatların institutun rəsmi saytında, sosial şəbəkələrdə, xəbər saytlarında və müvafiq internet portallarda, KİV-də və s. işıqlandırılması, müxtəlif çap materiallarının (buklet, broşura, infoqrafika, tövsiyə, təlimat, kitab, kataloq, jurnal və s.) hazırlanması və çap edilməsi, fermerlərə məsləhət xidmətlərinin təşkili, təlimlərin keçirilməsinə nəzarət, beynəlxalq tərəfdaşlıqların qurulması istiqamətində işlərin həyata keçirilməsi, əməkdaşlıq müqavilələrinin bağlanması, memorandumların imzalanması, ümumi iş barəsində hesabatların rəhbərliyə və digər üst qurumlara çatdırılması ilə məşğul olur.

Şöbənin mütəxəssisləri rəhbərliyin və əməkdaşlarının lazımi informasiya ilə operativ və keyfiyyətli şəkildə təmin olunmasına, eyni zamanda institut üçün əhəmiyyətli olan informasiyaların qorunmasına və təhlükəsizliyinə məsuliyyət daşıyırlar. Şöbənin əməkdaşları həmçinin, institutun maddi-texniki bazasına daxil olan kompürterlərin, şəbəkə avadanlıqlarının, çap qurğularının, digər texniki qurğuların sazlığının vaxtaşırı yoxlanışına və yaranmış texniki və ya proqram təminatı ilə bağlı nasazlıqların aradan qaldırılmasına, bu mümkün olmadıqda isə müəssisənin ümumi işinin ləngiməməsi üçün rəhbərliyin vaxtında məlumatlandırılmasına cavabdehdirlər.

Şöbənin əməkdaşlarının siyahısı:
1. Aytən Rauf qızı Əliyeva - Şöbə müdiri
2. Seymur Zirəddin oğlu Əsədzadə - Aparıcı mütəxəssis
3. Kazımov Feruz Fariz oğlu - Mütəxəssis
4. Emin Rüfət oğlu Məmmədov - Mütəxəssis
5. Nəvai Dunay oğlu İmamquliyev - Mütəxəssis
7. Qafarova Rüfanə Əlisalam qızı - Kompüter operatoru
8. Mehdixanov Əfqan Elham oğlu - Kompüter operatoru