“Yemləmə və yemlərin analizi” laboratoriyası

Respublikamızda heyvandarlığın sürətlə inkişaf etdirilməsinə dövlətimiz xüsusi qayğı göstərir ki, bu da ərzaq proqramının müvəffəqiyyətlə yerinə yetirilməsinə zəmin yaradır. Bir çox sahələrdə olduğu kimi heyvandarlıqda da intensiv texnologiyalar, mütərəqqi bəslənmə və yemləndirmə tətbiq etməklə məhsuldarlığın artırılması aqrar elmin qarşısında duran ən başlıca vəzifələrdəndir. Bu sahənin inkişafı isə onun yem bazasından asılıdır.

Laboratoriyada aşağıdakı xidmətlər təklif olunur:
1.K/t məhsulları – dənli-paxlalı bitkilər, şrotlar, silos, senaj və s. heyvandarlıqda yemləmədə istifadə edilən yem əlavələrinin və yemin tərkibinin əsas göstəricisi sayılan kimyəvi və bioloji xüsusiyyətlərinin spektoroskopik üsulla təyini;
2.Bütün növ k/t heyvan yemlərində toksin və mikotoksinlərin təyini;
3.Yemlərdə və onların xammalında nəmliyin təyini “Kern”;
4.Yemlərdə pH-ın təyini;
5.Müxtəlif növ yemlərdə yağın miqdarının təyini;
6.Müxtəlif növ yemlərdə ümumi azotun yaxma üsulu ilə təyini;
7.Müxtəlif növ yemlərdə sellülozanın təyini;
8.Mikroskopik müayinələr;
9.Müxtəlif yem və yem əlavələrində quru maddənin təyini.
Hal-hazırda laboratoriyada fermer təsərrüfatlarından və sahibkarlar tərəfindən gətirilən yemlərin analizi aparılır. Belə ki, fermerlər analiz nəticəsində yemin tərkibindəki mikro və makro elementlərin miqdarını öyrənməklə, hansı yemdən nə qədər verməli olduğunu biləcəklər ki, bu da onlara yüksək məhsuldarlıq əldə etməyə imkan verəcəkdir.
Təbii şəraitdə bitkilərin vegetasiya müddəti başa çatdıqdan sonra heyvanlar əsasən qaba və şirəli yemlərlə yemləndirilir. Bu da heyvanlarda bir sıra vitaminlərin çatışmazlığına səbəb olur. Bu çatışmazlığı, hidropon sistemi ilə dənli bitkilərdən (arpa, buğda, qarğıdalı) hazırlanmış yaşıl yemi heyvanlara verməklə aradan qaldırmaq mümkündür. Torpaqsız əkinçilik və ya Hidroponik kənd təsərrüfatı, torpaqdan istifadə etmədən suda mineral qida həllərini istifadə edərək bitki yetişdirmənin bir üsuludur. Bu üsuldan istifadə etməklə fermerlər öz təsərrüfatlarında ilin 365 günü heyvanlarını təzə, qidalı yaşıl yemlə təmin edə biləcəklər.
Bunun üçün “İDRAK Texnoloji Transfer” MMC tərəfindən hazırlanıb istifadəyə verilmiş qurğu-konteynerdə “Yemləmə, yemlər və yem əlavələrinin analizi” laboratoriyasının əməkdaşları tərəfindən sınaq işləri aparılır. Burada yetişdirilən yaşıl yem institutun YTT-da saxlanılan iri və xırdabuynuzlu heyvanlara, dovşanlara verilir.
Respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Deməli ipəkçiliyin tam mənada bərpası və inkişafı üçün bütün elmi və təşkilati tədbirlərlə yanaşı ilk növbədə yem bazasının, yəni tutçuluğun bərpa və inkişafını təmin etmək lazımdır. Laboratoriya əməkdaşları tərəfindən tut ağaclarının seleksiyası və genofondunun qorunması istiqamətində də elmi-tədqiqat işləri aparılır.
Yuxarıda göstərilənlərlə yanaşı, laboratoriyanın əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işlərinə uyğun olaraq buklet və tövsiyələr yazılır, məqalələr müxtəlif jurnallarda dərc edilir, təlimlər aparılır.

Laboratoriyanın əməkdaşları
1. Süleymanov Zöhrab Muxtar oğlu - Laboratoriya müdiri
2. Məhərrəmova Vəfa İbrahim qızı - Böyük elmi işçi
3. Əbdüləzimov Yusif Hilal oğlu - Elmi işçi
4. Həsənova Gülyanə Lətif qızı - Texnik
5. Həsənova Mehriban Əjdər qızı - Böyük laborant
6. Abdullayeva Şəbnəm İsa qızı - Laborant