“Tut ipəkqurdunun seleksiyası” laboratoriyası

Laboratoriyada 1946-cı ildən bu günə kimi tut ipəkqurdunun seleksiyası sahəsində məhsuldarlığın yüksəldilməsi, sadə və mürəkkəb hibridlərin yaradılması, sınağı, yemin yüksək ödənilməsi, texniki ipəyin tələbatının ödənilməsi, yüksək texnoloji xassələrin təmin edilməsi, sarılıq xəstəliyinə dözümlülük, müxtəlif çoxaldılma üsullarında və onların geneoloji nəsillərində yemin ödənilməsi və yeni, müasir aqrozootexnologiyaların işlənib hazırlanması və s. istiqamətlərdə aparılan seleksiya işləri nəticəsində 50-yə qədər yeni cinslər yaradılmışdır.
Bu cinslərin çarpazlaşdırılması yolu ilə yüzlərlə hibrid kombinasiyaları yaradılmış və sınaqdan keçirilmişdir.
Bununla yanaşı, seleksiyaçılarımız öz xarici həmkarları ilə əlaqələr yaradılmasına da ciddi fikir verərək Ukrayna Aqrar Elmlər Akademiyasının İpəkçilik İnstitutu, Gürcüstan Dövlət Aqrar Universitetinin Elmi Tədqiqat İpəkçilik İnstitutu və Bolqarıstanın Sofiya Kənd Təsərrüfatı Akademiyasının İpəkçilik və Əkinçilik təcrübə stansiyası ilə birgə beynəlxalq elmi əməkdaşlıq əlaqələri yaratmışlar. Bolqarıstanlı həmkarlarımızla 10 il müddətinə bağlanmış beynəlxalq müqavilə əsasında aparılan elmi işlər yekunlaşmışdır.
Bundan başqa laboratoriyada 2005-ci ildən Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya regionu ölkələrinin Beynəlxalq İpək Assosiasiyasının (BAKSA) İcraiyyə Komitəsinin qərarı və tövsiyəsi əsasında MDB-dən Azərbaycan, Özbəkistan və Gürcüstan üçün yaradılması nəzərdə tutulmuş yeni xətlər üzərində elmi tədqiqat işi aparılmışdır.
Hal-hazırda laboratoriyada ipəkçilik haqqında Dövlət Proqramının Tədbirlər Planının 8.2.2. altbəndində Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda istehsalı nəzərdə tutulmuş damazlıq (superelit) qrena istehsalı üçün hazırlıq işləri aparılır.

Laboratoriyanın əməkdaşları
1. Məmmədov Qafar Mahmud oğlu - Laboratoriya müdiri
2. Musayeva Səfa Rza qızı - Böyük elmi işçi
3. Hüseynova Rasimə Rasim qızı - Elmi işçi
4. Poladov Fövzü Cahangir oğlu - Elmi işçi
5. Məmmədova Ənfurə Telman qızı - Elmi işçi
6. Əliyeva Sevda Aydın qızı - Böyük laborant
7. Ramazanova Almaz Allahverdi qızı - Laborant
8. İsgəndərova Təranə Vahid qızı - Texnik
9. Rüstəmova Raya Rüstəm qızı - Texnik