RƏHBƏRLİK

RƏHBƏRLİK

RƏHBƏRLİK
Hacıyev Mahir Həmzə oğlu (1969, Gəncə) — Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, (20 oktyabr 2017-ci ildən) və Ümümdünya Quşçuluq Elmi Assosiasiyanın Azərbaycan bölməsinin sədri (2010-cu ildən-hal-hazırda). Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent.

Həyatı
Hacıyev Mahir Həmzə oğlu 1969-cu il, fevralın 25-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1976-1986-cı illərdə Gəncə şəhəri 4 saylı orta məktəbdə təhsil alıb. 1986-1993-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının zoomühəndislik fakultəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1987-1989-cu illərdə hərbi xidmətdə olmuş və sonra isə təhsilini davam etdirib.

1993-cü ildə AKTA-nın zoomühəndislik fakultəsini bitirərək Dövlət İmtahan Komissiyasının və Fakultə Elmi Şurasının qərarı əsasında aspiranturaya daxil olmağa tövsiyə alıb.

2003-cü ildə “Azəbaycanda sənaye üsulu ilə yumurta istehsalı elementlərinin təkmil¬ləşdirilməsi.” mövzusunda dissertasiya işini yerinə yetirmiş və kənd təsərrüfatı elmləri namizədi elmi adı almışdır.
2008-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin dosentidir.

Fəaliyyəti
1993-1996-cı illərdə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda əyani aspirantı
1996-2001-ci illərdə Gəncə Quşçuluq fabrikində zootexnik
2001-2004-cü illərdə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitunun Quşçuluq laboratoriyasında kiçik və böyük elmi işçi
2002-ci ildən AKTA-nın müəllimi (assistent)
2005-ci ildən AKTA-nın baş müəllimi
2006-2011-cı ilin noyabrına kimi Baytarlıq təbabəti və zoobaytarliq fakultəsinin dekan müavini
2008-ci ildən hal hazıra kimi Baytarlıq təbabəti və zoobaytarliq fakultəsinin dosenti
2010-ci ildən hal hazıra kimi Ümümdünya Quşçuluq Elmi Assosiasiyanın Azərbaycan bölməsinin sədri
2017-ci ildən hal hazıra kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
1998-cu il, Bakı, Azərbaycan seleksiyaçılar cəmiyyətinin VII qurultayı
1999-cu il, 3-6 mart, Gəncə,ATİ Beynəlxalq elmi-texniki konfrans
2003-cü il, 24-26 oltyabr, Gəncə, Beynəlxalq Gəncə-Kars baytarlıq simpoziumu
2004-cü il, 6-7 may, Gəncə, Beynəlxalq elmi simpozium
2006-ci il, 5-6 avqust, Bakı, 1-ci Beynalxalq Elmi Konfrans”Biomüxtəlifliyin Genetik ehtiyatları” AMEАQEİ.
2006-cı il, 6-8 sentyabr, Gürcüstan, “ South Caucasian Workshop on Concepts in Animal Welfare
2007-ci il, 20-25 sentyabr, Vitebsk, Belorusiya, Beynəlxalq elmi konfrans
2009-cu il 22sentyabr 2 oktyabr, Avstriya, Treninq kurs, (Advanced molekular diagnosis and characterization of influenza A (H5N1) and (H1N1))
2012-ci il 06-11/02, Türkiyə, Erzurum, Atatürk Universiteti
2013-ci il 5-7/12, Türkiyə, Van, 100-il Universiteti
2013-ci il 21-25 oktyabr. Türkiyə, Antaliya, The International Congress on Advancements in Poultry Productions in The Middle East and African States held in Antalya, Turkey
2014-cü il 28-30/04 Türkiyə, İstanbul, İnternational VETistanbul Group Congress 2014 held in Istanbul University Faculty of Veterinary Medicine on 28-30 april 2014 in İstanbul, Turkey.
2018-ci il 23-27 April 1st Multi-stakeholder Regional Meeting on Strategic Planning for Sustainable Livestock Development_Uman, Ukraine

Elmi fəaliyyəti
Hal hazırda “Azərbaycan şəraitində quş və yumurta istehsalı üsullarının yaxşılaşdırılması yolları” adlı doktorluq dissertasiyası üzərində çalışır.Hazırkı dövrə qədər 149-dək elmi məqalənin, o cümlədən: 32-dən artıq metodik göstərişin və dərs proqramlarının, 1 dərsliyin, 1 dərs vəsaitinin, 2 ixtiranın, 11-tövsiyənin və elmi məqalələrin müəllifidir.

Elmi əsərlərinin adları
1. 2006. “Использование на племя аборигенных кур”, Журнал «Животновод¬ство Рос¬сии» № 10 , Москва 2006, стр.16-20
2. 2009. Оптимизация микроклимата - залог высокой продуктивности Вестник Российского Государ¬ственного Аграрного заочного Уни¬вер¬ситета Научный Журнал № 7(12); Москва 2009 стр.81-85
3. 2010. “Использование хозяйственно полезных признаков местных популяций кур для производства яиц и мяса.” Известия Аграрной науки; том 8, № 4; (Грузия) 2010
4. 2010. “Повышение выхода и качества мяса птицы при различных системах выращивания”. Научное обеспечение развития АПК в условиях реформирования сборник научных трудов. Санкт-Петербург 2010; стр.288-291
5. 2012. Современное состояние и пути дальнейшего развития птицеводства Азербайджана «Актуальные проблемы современ¬ного птицеводства». Материалы XIII Украинской конференции по птицеводству с международным участием. Харьков, 2012, стр.95-107
6. 2019.Qoyunlarda süni mayalanmanın aparılmasına dair., Metodik göstəriş, Gəncə, Aytac nəşriyyatı,2019.s.33
7. Влияние фосфорного удобрения на урожай¬ность листьев тутового шелкопряда. 9th Bacsa international Conference “Sericulture preservation and revi¬val- problems and prospects” “SERİVİVAL” 2019, Batumi, Georgiya Aprril 7th-12th 2019, s.92-96
8. 2001. “Quşlar”, Təhsil Nazirliyinin qrifi ilə dərslik
9. 2014. Hind toyuğu cavanlarının bəslənmə texnologiyası və sanitar gigiyeniki rejiminə dair tövsiyə. Gəncə, Araz poliqrafiya nəşriyyatı 2014. s.82
10. 2006. “Quşçuluqda hibridləşmənin genetik əsasları”, Təhsil Nazirliyinin qrifi ilə dərs vəsaiti
11. 2019. Qarışıq istiqamətli toyuqların bəslənmə texnologiyası. Gəncə, Aytac poliqrafiya nəşriyyatı 2019. s.120
12. 2020. Heyvandarlıqda ruşeymin transplantasiyası texnologiyasının tədbiqi. Məqalə Aqroskop jurnalı, quraqlığın kənd təsərrüfatına təsiri buraxılış №3, s.16-17

Digər fəaliyyəti
2000-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatının sədri vəzifəsində olmuşdur.

Ailəsi
Ailəlidir, 3 övladı var.
RƏHBƏRLİK


Əsgərova Aidə Nizami qızı (1976, Gəncə) —Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, (1 fevral 2021-ci ildən) texnika üzrə fəlsəfə doktoru və Azərbaycan Dövlət Aqrar Universitetində dosent.

Həyatı
21 oktyabr 1976-cı il, Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1983-1993-cü illərdə Gəncə şəhəri 1 saylı orta məktəbdə təhsil almışdır. 1993-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının baytarlıq təbabəti fakultəsinə daxil olmuş, 1997-cı ildə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə ADAU-da magistraturaya daxil olmuş, 1999-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə “Biokatalitik ferment preparatlarının tətbiqi ilə camış ətindən delikates ət məhsullarının istehsal texnologiyasının təkmilləşdirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək, 3309.01 – Qida məhsullarının texnologiyası ixtisasının texnika üzrə fəlsəfə doktoru adını almışdır, 2018-ci ildən dosent və 1 fevral 2021-ci ildən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.

Fəaliyyəti
1999-cu ildə AKTA-nın “İstehlak mallarının keyfiyyət ekspertizası, gigiyena və parazitologiya” kafedrasında müəllim-stajçı,
2000-ci ildə AKTA-nın “İstehlak mallarının keyfiyyət ekspertizası, gigiyena və parazitologiya” kafedrasında assistent,
2005-ci ildə AKTA-nın “İstehlak mallarının ekspertizası və əmtəəşünaslıq” kafedrasında baş müəllim
2011-2015-ci illər ADAU-nun “Qida məhsulları mühəndisliyi və ekspertiza” kafedrasında baş müəllim
2015-2018-ci illər ADAU-nun “Qida məhsulları mühəndisliyi və ekspertiza” kafedrasında dosent əvəzi
2018-ci ildən və hal-hazırda ADAU-nun “Qida məhsulları mühəndisliyi və ekspertiza” kafedrasında dosent
2021-ci il fevralın 1-dən və hal-hazırda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
2011-ci il Qloballaşma şəraitində təhsil və elmin inkişaf problemləri. Beynəlxalq Elmi-praktik Konfrans. Gəncə
2012-ci il Doktorantların və Gənc Tədqiqatçıların ХVI Respublika Konfransı. Bakı
2014-cü il İğdır Universitetində təhsil təcrübəsi, elmi-tədqiqat işlərin aparılması. Türkiyə, İğdir
2014-ci il Beynəlxalq elmi-praktik konfrans. Gəncə
2015-ci il “2015-ci il Mevlana Dəyişiklik Proqram” çərçivəsində Akademik Heyət Mobilliyində İğdır Universitetində mühazirə aparılması. Türkiyə, İğdir
2015-ci il “Maliyyə təklifi konsepsiyasının inkişafına” dair treninq. Gəncə
2015-ci il TEMPUS SuToMa Aqroturizm layihəsi çərçivəsində “Şərab Turizmi modul-4” proqramı üzrə treninq, Gürcüstan, Tbilisi
2017-ci il “Qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti” üzrə ixtisasartırma kursu K.A.Timiryazev adına MKTA, Rusiya, Moskva
2017-ci il “ŞƏT dövlətləri çərçivəsində müasir heyvandarlıq texnologiyası və xəstəliklərin profilaktikası” mövzusu üzrə seminar, Çin Xalq Respublikası, Şihezi

Elmi fəaliyyəti
Camış ətinin emalı prosesində mikrostruktur tədqiqatlar aparılmış, ətin keyfiyyətini yüksəltməyə imkan verən texnologiya və qurğu işlənib hazırlanmışdır.İşin yeniliyi patent sənədi ilə öz təsdiqini tapmışdır.
Hal hazırda “Azərbaycanda funksional ət məhsullarının emalı texnologiyasının təkmilləşdirilməsi” adlı doktorluq dissertasiyası üzrə tədqiqatlar aparır.
Hazırkı dövrə qədər 59-dək elmi əsərin, o cümlədən 30 dərs proqramının, 4 xaricdə nəşr olunmuş məqalənin, 3 dərs vəsaitinin, 1-tövsiyənin, 1 ixtiranın müəllifidir.

Tədqiqat sahəsi
Biokatalitik ferment preparatlarının tətbiqi ilə camış ətindən delikates ət məhsullarının istehsal texnologiyasının işlənməsi
Azərbaycanda funksional ət məhsullarının emalı texnologiyasının təkmilləşdirilməsi

Elmi əsərlərinin adları
Fətəliyev H.K., Əsgərova A.N., Əsgərova İ.M. Meyvə və tərəvəzlərin emalı texnologiyası (bakalavr səviyyəsi üçün) Dərs vəsaiti Bakı, Ecoprint nəşriyyatı, 2017 (29.09.2017 tarixli 533 saylı qrif) 368 səh.
Əsgərova A.N.,Əliyev O.V. Əvəzolunmaz yağ turşularının yüksək keyfiyyətli ət və süd məhsullarının istehsalında rolu //Heyvanlar, quşlar, balıqlar və onların məhsullarından insana keçən təhlükəli yoluxucu xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq konfransın materialları. Gəncə, 2009, s.325-328
Əsgərova A.N. Ətin tərkibində olan mioqlobin zülalının tədqiqi // Qloballaşma şəraitində təhsil və elmin inkişaf problemləri. Beynəlxalq elmi-praktik konfransın tezisləri. Gəncə, 2011, s.140-141
Bayramov V.Ə., Paşayeva R.M.,Əsgərova A.N. Yetişmiş ətin istifadə edilməsi fizioloji cəhətdən faydalıdır /ADAU-nun elmi əsərləri. Gəncə, 2011, №3, s. 69-71.
Аскерова А.Н. Изменения углеводной системы при автолизе мяса убойных животных и влияние процесса созревания на физико-химические показатели мяса буйвола / Материалы ХVI республиканской конференции докторантов и молодых ученых. Баку, 2012, с. 54-60.
Əsgərova A.N., Fətəliyev H.K. Camış ətinin fermentlə işlənmə üsulunda bəzi mikroorqanizmlərin təsir faktorlarının öyrənilməsi /Azərbaycan aqrar elmi. 2012, №1, s. 54-57.
Əsgərova A.N. Camış ətinin emalı prosesində keyfiyyəti yaxşılaşdıran amillərin tədqiqi /Azərbaycan aqrar elmi. 2012, №2, s. 194-195.
Əsgərova A.N., Fətəliyev H.K. Camış ətinin keyfiyyət xarakteristikasının və texnoloji işlənmə üsulunun tədqiqi /Azərbaycan aqrar elmi. 2012, №3, s. 84-85.
Аскерова А.Н., Фаталиев Х.К. Изготовление деликатесной продукции из буйволятины //М.: Хранение и переработка сельхозсырья. 2013, №1, стр. 48-49.
Əsgərova A.N. Fermentli ət və ət məhsullarında proteoliz reaksiyasının tədqiqi // Müasir Aqrar elm: qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf perspektivləri – Beynəlxalq elmi-praktiki konfrans. I cild, 2014, səh.414-415
Аскерова А.Н., Фаталиев Х.К. Устройство для изготовления мясных деликатесов из буйволятины //М.: Хранение и переработка сельхозсырья. 2014, №4, c.55-56.
Аскерова А.Н., Фаталиев Х.К. Применение буйволятины в производстве продукции функционального направления // Роль молодых ученых решении актуальных задач АПК: сборник научных трудов международной научно-практической конференции молодых ученых и студентов/ СПБГАУ.-СПБ., Санкт-Петербург, 2016, стр.100-103
Əsgərova A.N., Fətəliyev H.K., Xəlilov R.T.Əti damardan ayıran qurğu Patent № i 2016 0080. Bakı, 2016.
Əsgərova A.N. Camiş ətindən delikates ət məhsulları istehsalının təkmilləşdirilmiş texnologiyası /Azərbaycan Aqrar Elmi. Bakı 2017, №4. s.168-172.
Əsgərova A.N. Ətin emalında intensiv yetişdirilmə üsullarının tədqiqi /ADAU-nun elmi əsərləri, Gəncə 2017, №8, s.158-162.
Ət məhsullarının istehsalında fermentlərin istifadəsinin tədqiqi /ADAU-nun elmi əsərləri, Gəncə 2019, №2, s.19-23.
Балогланова К.В., Аскерова А.Н.Исследование фенольных соединений в яблочном соке/ Виноделие и виноградарство, 2020, Россия, Москва, №2, стр. 19-23

Ailəsi
Ailəlidir, 2 övladı var.

RƏHBƏRLİK