Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda yeni növ cücələr üzərində sınaq təcrübəsi aparılır - VİDEO

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda yeni növ cücələr üzərində sınaq təcrübəsi aparılır. Ətlik və yumurtalıq istiqamətlərində yaradılan quşlar ev təsərrüfatlarının artımına təkan verəcək.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun quşçuluq laboratoriyyasında yerli iqlimə uyğun quşların yaradılması istiqamətində araşdırmalar aparılır. 2000-ə yaxın cücə üzərində aparılan təcrübə zamanı zoogigyenik qaydalar gözlənilir. Dezinfeksiya işləri və baytarlıq tədbirləri görülür, cücələr vaxtında vaksin olunur. Cücələr ətlik və yumurtalıq üzrə sınaqdan keçirilir.
İlkin nəticələrə görə adaptasiya prosesi normaldır, quşların temperatura dözümlülüyü müşahidə edilir, xəstəliklərə qarşı müqavimət göstərirlər. 130 günlüyündən yumurta verən yeni növ quşlar 45 günündə 1,2-1,4 kq diri çəkiyə malik olurlar.
Yeni növ ev quşlarının alınmasında 5 il vaxt lazımdır. Bir neçə ildən sonra fermer təsərrüfatlarında və həyətyanı sahələrdə yeni ev quşlarını görmək mümkün olacaq.