Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzinin rəisi.

+994773111958

Seyidov Allahverdi Kamil oglu 1958-ci il avqust ayının 4-də anadan olmuşdur.

1981-ci ildə S.Ağamalıoğlu adına «Şərəf Nişanı» ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomuilə bitirmişdir.

1982-1985-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun əyani aspirantı olmuşdur.

1986-cı ildən kənd təsərrüfatı elmləri namizədi, 2006-cı ildən isə kənd təsərüffatı elmləri doktorudur. Əkinçilik ET İnstitutu nəzdindəki aqrar elmləri üzrə fəlsəfə doktorluğu və elmlər doktorluğu Dissertasiya Şurasının üzvüdür. AZƏRBAYCAN AQRAR ELMİ jurnalının redaksiya heyətinin üzvü, “Arıçılıq” Mərkəzinin ELMİ XƏBƏRLƏRİ jurnalının baş redaktoru, onlarla tədris-metodiki əsərlərin elmi redaktorudur. N.Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş «Tut ipəkqurdu genetik ehtiyatlarının milli kataloqu» və «Tut ipəkqurdu genetik ehtiyatlarının kataloqu» albomlarının (Azərbaycan, ingilis və rus dillərində) redaktoru və müəllifidir.

1975-ci ildə əmək fəaliyyətinə fəhlə kimi Ermənistan Respublikasının Kalinino rayonunun Evli kənd sovxozunda başlamışdır.

1985-1988-cı illərdə Azərbaycan Bağçılıq və Subtropik Bitkilər Elmi-Tədqiqat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır.

1988-1996-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında baş elmi işçi, laboratoriya müdiri və asisistent işləmişdir.

2000-2010-cu illərdə Gəncə Dövlət Universitetinin müəllimi, elmi katibi vəzifələrində çalışmışdır.

2010-2015-ci illərdə R.Hüseynov adına Azərbaycan ET İpəkçilik İnstitunun direktoru vəzifəsində çalışmışdır.

2016-cı ildən isə ARKT–nin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini, Arıçılq Mərkəzinin rəisidir.

2 albomun, 5 monoqrafiyanın, 1 dərsliyin, 2 dərs vəsaitinin, 2 metodiki vəsaitin, 2 metodiki tövsiyənin, 2 fənn proqramının və 80 elmi məqalə və tezislərin müəllifidir. Arıçılığın inkişafına dair beynəlxalq, respublika səviyyəli konfransların iştirakçısıdır.

2015 və 2016-cı illərdə «Arıçılığın inkişafına dair Azərbaycan-Türkiyə elmi əməkdaşlığı Toplantısı-I və II-nin» təşkilatçısıdır. Və eyni zamanda Azərbaycanda arıların süni mayalandırılmasının və Bozdağ Qafqaz arı cinsinin genofondunun Mərkəzdə toplanmasının təşəbbüskarıdır.

2009-cu ildə AR Təhsil Nazirliyinin «Azərbaycan Respublikasinin qabaqcil təhsil işçisi» döş nişanı, 2015-ci ildə isə AR Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Ailəlidir. Bir övladı var.