Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun "Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının" müdiri

Musayev Fəxrəddin Həmil oğlu 25.01.1947-ci ildə Gədəbəy rayonunun Böyük Qaramurad kəndində anadan olub.

1953-1965-ci illərdə Böyük Qaramurad kənd tam orta məktəbində təhsil alıb.

1965-1970-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "zoomühəndislik" fakültəsinin zootexniklik ixtisası üzrə təhsil almışdır.

1970-1973-cü illərdə Gədəbəy rayonunun "Qırməzə Oktyabr" sovxozunda zootexnik vəzifəsində çalışmışdır.

1973-cü ildə Qonur Qafqaz Malının Damazlıq Stansiyasında zootexnik vəzifəsində çalışıb

1973-1976-cı illərdə təhsilini artırmaq üçün Ryazan Vilayəti Rıbnoye şəhərində Ümumittifaq Elmi-Tədqiqat Arıçılıq İnstitutuna əyani aspirantura bölməsində təhsil almışdır.

1977-ci ildə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda elmi işci vəzifəsində çalışıb.

1977-1978-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində zootexnik vəzifəsində çalışıb

1978-1986-cı illərdə Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsində baş zootexnik vəzifəsində çalışıb.

1986-1987-ci illərdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat idarəsində aparıcı mühəndis vəzifəsində çalışıb.

1987-1989-cu illərdə Azərbaycan Meliorasiya Su və Tikinti baş idarəsində baş mühəndis vəzifəsində çalışıb.

1989-cu ildə Qafqaz enerqo birliyi YTT-də zootexnik vəzifəsində çalışıb.

1989-1992-ci illərdə Qafqaz enerqo birliyi YTT-də direktor vəzifəsində çalışıb.

1982-ci ildə "Bal arılarından zəhər almanın bioloji əsasları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, biologiya elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.

1992-1995-ci illərdə Sumqayıtda kənd təsərrüfatı sahəsi üzrə birinci kateqoriya zootexnik vəzifəsində çalışıb.

1995-1998-ci illərdə Həmin idarədə Yardımçı Təsərrüfat Sahəsinin baş zootexnik vəzifəsində çalışıb.

2002-2004-cü illərdə Abşeron Heyvandarlıq Təcrübə Stansiyasında elmi katib vəzifəsində çalışıb.

2004-cü ildən hal-hazıradək Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının direktor vəzifəsində çalışır.

68 elmi məqalə, tövsiyə və 1 elmi kitabın müəllifidir.

Ailəlidir 2 övladı var.