Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini

+994506131636
fizuli.mirzeyev@heti.az
mirzeyev.fizuli@inbox.ru

Mirzəyev Fizuli Mirzə oğlu, 1954-cü ildə, aprel ayının 13-də Şəmkir rayonunun Dəllər-Cəyir kəndində anadan olmuşdur.

1970-ci ildə Dəllər-Cəyir orta məktəbini bitirmiş.

1971-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Zootexnik” fakultəsinə daxil olmuş və 1976-cı ildə həmin institutu bitirmişdir.

1976-1980-ci illərdə Abşeron rayonunun Giləzi quşçuluq fabrikində və Şəmkir İnqubator Quşçuluq Stansiyasında sex müdiri vəzifəsində işləmişdir.

1980-1983-cü illərdə Moskva vilayətinin Zaqorsk şəhərində yerləşən Ümumittifaq Elmi-Tədqiqat Texnoloji Quşçuluq İnstitutunun aspiranturasında təhsilimi davam etdirmişdir.

1985-ci ildə Zaqorsk şəhərində namizədlik dissertasiyasını müdafiə etmişdir.

1984-cü ildə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır.

1985-1988-ci illərdə Bakı Quşçuluq Fabrikində sex müdiri, 1988-1992-ci illərdə Bakı Plan-Uçot texnikumunda müəllim və 1992-1993-cü illərdə Abşeron rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifələrində işləmişdir.

1993-2003-cü illərdə Gəncə Ət kombinatının yardımçı təsərrüfatının direktoru vəzifəsində çalışmışdır.

2003-2008-ci illərdə Şəmkir Quşçuluq Fabrikinin icraçı direktoru olmuşdur.

2009-cu ildən hal-hazıra kimi F.Ə.Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda elmi işlər üzrə direktor müavini və həmin institutun direktoru vəzifələrində işləmişdir.

300 səhifəlik kitabın həmmüəllifi, 2 tövsiyə və 70-dən çox elmi əsərin müəllifidir.Fizuli Mirzəyev 42 ildir kənd təsərrüfatı sahəsində çalışır.

2011-ci ildə Türkiyə Respublikasında FAO-nun xəttilə “ Heyvan genofondunun qorunub saxlanması “ mövzusunda beynəlxalq konfransda iştirak etmişdir. Respublikanın iri quşçuluq təsərrüfatlarında məsul vazifələrdə çalışmışdır.

Hal-hazırda Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışır.