Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun "Baramaçılıq" laboratoriyasının müdiri.

+994504588769
qafar.memmedov@heti.az

Məmmədov Qafar Mahmud oğlu 2 yanvar 1961-ci ildə Naxcıvan MR Ordubad şəhərində anadan olmuşdur.

1981-1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Bitki mühafizəsi fakültəsinin ipəkçilik ixtisası üzrə ali təhsil almışdır.

1979-1981-ci illırdə N.Nərimanov adına sovxozda fəhlə, texniki-peşə məktəbində şagird, taxıl məhsulları kombinatında fəhlə vəzifəsində işləmişdir.

1986-1987-ci illərdə Ordubad barama toxum zavodunda texnik-mikroskopist vəzifəsində çalışmışdır.

1988-1991-ci illərdə AzETİİ-nin əyani aspiranturasında təhsil almışdır.

1996-cı ildə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda müvəffəqiyyətlə müdafiə edib, aqrar elmlər üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür, 2000-ci ildən dosentdir.

1987-ci ildə AzET İpəkçilik İnstitutunda laborant vəzifəsində çalışmışdır.

1988-1992-ci illərdə AzET İpəkçilik İnstitutunda baş laborant vəzifəsində çalışmışdır.

1992-1996-cı illərdə AzET İpəkçilik İnstitutunda kiçik elmi işci vəzifəsində çalışmışdır.

1996-1997-ci illərdə AzET İpəkçilik İnstitutunda böyük elmi işci vəzifəsində çalışmışdır.

1997-2002-ci illərdə AzET İpəkçilik İnstitutunda elmi katib vəzifəsində çalışmışdır.

2002-2005-ci illərdə AzET İpəkçilik İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır.

2005-2010-cu illərdə AzET İpəkçilik İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır.

2010-2015-ci illərdə AzET İpəkçilik İnstitutunda laboratoriya müdiri vəzfəsində çalışmışdır.

2015-ci ildən hal-hazıra kimi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda "Baramaçılıq" laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.

30 elmi əsərin, 2 tövsiyyənin, 5 tut ipəkqurdu cinsinin müəllifi və həmmüəllifidir.

"Tit ipəkqurdunda inbridinq və yeni ödəmə", "Azərbaycanca-rusca-ingiliscə ipəkçilik terminləri lüğəti" və "İpəkçilərin məlumat kitabı"nın müəllifidir.

28-30 sentyabr 2016-cı ildə Gürcüstan Aqrar Elmlər Akademiyasında keçirilmiş beynəlxalq konfransında iştirak edib və həmin konfransda "Azərbaycanda ipəkçiliyin inkişafı" haqqında çıxış edib.

Tədbiqi Tədqiqat- tut ipəkqurdunun seleksiyası.

2010-ci ildən Yap-ın üzvüdür.

Ailəlidir , 2 övladı var.