Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun "At, dəvə quş və balıqların genetikası və seleksiyası laboratoriyasının" müdiri


aqil.mehdiyev@heti.az

Mehdiyev Aqil Qəzənfər oğlu 01 iyul 1971-ci ildə Samux rayonunun Poylu kəndində anadan olmuşdur.

1988-1993-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının baytarlıq fakültəsində təhsil alaraq baytar həkim ixtisasına yiyələnmişdir.

1992-1993-cü illərdə Samux rayon Kəsəmən kəndində Kəsəmən kolxozunda böyük baytar həkimi vəzifəsində çalışmışdır.

1993-1998-ci illərdə Samux rayon Eldar üzümçülük savxozunda mal fermasında kiçik zootexnik vəzifəsində çalışmışdır.

2007-ci ildən Akademik F.Ə.Əliyev adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun Süni Mayalama laboratoriyasında elmi işçi vəzifəsində işləyib.

2009-cu ildə laboratoriya müdiri təyin olunub.

2010-cu ildə Qoyunçuluq laboratoriyasında müdir işləyib.

Nazirlər Kabinetinin 2015-ci il 17 Aprel 109 və 111№-li qərarı ilə AzETHİ və İpəkçilik Elmi Tədqiqat İnstitutu birləşdirildikdən sonra yeni yaradılmış Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda (HETİ-da) 02 noyabr 2015-ci il tarixdən, 01 saylı əmrlə “At, dəvə, quş və balıqların genetikası və seleksiyası” laboratoriyasına müdir təyin olunub və hal-hazırda həmin laboratoriyada müdir vəzifəsində işləyir.

Tədqiqat sahəsi - Seleksiya genetik və yeni biotexnoloji üsullar əsasında toyuq, ördək, qaz və hinduşkaların genetik potensialının yüksəldilməsi proqramının işlənib hazırlanması və təkmilləşdirilməsi.

11 məqaləsi var.