Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi katibi

+994554197677
elmi.katib@heti.az
mahmudovsamir76@gmail.com

Mahmudov Samir Həsən oğlu 13 aprel 1976-cı ildə Azərbaycan Respublikasının Goranboy rayonunun, Qızılhacılı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur.

1983-1993-cü illərdə Goranboy rayonu, Qızılhacılı qəsəbəsi 1 nömrəli tam orta məktəbdə təhsil almışdır.

1993-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsinə daxil olmuşdur. Tələbə olduğu müddətdə texniki fənnlərlə bərabər, “Heyvandarlığın mexanikləşdirilməsi” fənnindən kurs işi-kurs layihəsi və imtahandan “əla”, “Elmi tədqiqat işlərinin əsasları”; “Kənd təsərrüfatı istehsalının təşkili; “Heyvandarlıq məhsulları istehsalının texnologiyası” fənlərindən məqbul qiymətləri almış, “Heyvandarlıq” fənni üzrə tədris təcrübəsində iştirak etmişdir.

1997-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirərək Aqromühəndislik ixtisasını almışdır. Məzun olduğu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Magistr pilləsinə qəbul imtahanı verərək mağistraturaya qəbul olmuşdur. Magistr təhsili müddətində müxtəlif fənnlər, o cümlədən Heyvandarlığın mexanikləşdirilməsi, Elmi yaradıcılığın metodologiyası fənləri üzrə imtahan verərək yaxşı qiymətlər almışdır.

1999-cu ildə Magistratura pilləsini bitirərək Aqrar istehsalatın mexanikləşdirilməsi ixtisası üzrə magistr elmi dərəcəsi almışdır.

2001-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetində stajçı-müəllim kimi elmi-pedoqoji fəaliyyətə başlamış, həmin ildən namizədlik dissertasiyanın müdafiəsi üçün dissertant kimi qəbul edilmiş, 2007-ci ildə “Fermer təsərrüfatları şəraitində torpağa veriləcək qidalı məhlul kondisiyalaşdırılmasının texnologiya və vasitələri” mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 27 may 2008-ci il tarixli 19-k nömrəli qərarı ilə texnika elmləri namizədi alimlik dərəcəsi verilmişdir.

2001-2017-ci illər ərzində Azərbaycan Dövlət Aqrar Universitetində assistent, baş müəllim, dosent əvəzi, dosent vəzifələrində, 2009-cu ildən 2014-cü ilədək paralel olaraq 1 ştat vahidi ilə həmin Universitetin Elm şöbəsinin müdiri, Elm şöbəsində Doktorantura üzrə inspektor vəzifələrində işləmişdir.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2011-2016-cı illər ərzində Azərbaycan Dövlət Aqrar Universitetində elmlər doktorluğu proqramı üzrə doktoranturada qiyabi təhsil almış, “Təkərli traktorların əkinçilikdə optimal universallaşma prinsiplərinin işlənməsi” mövzusunda dissertasiya işinin üzərində işləyir. 22 ədəd elmi məqalənin, 6 ədəd konfrans materialının,1 ədəd proqram, 1 ədəd tövsiyənin müəllifi, 1 ədəd dərs vəsaitinin, 2 ixtiranın və 1 fənn proqramının həmmüəllifidir.

01 dekabr 2014-cü il tarixindən 07 may 2018-ci il tarixinə qədər Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində stajçı, sınaq müddətində və daimi dövlət qulluqçusu kimi işləyərək kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi almışdır.

12.06.2018-ci ildən 11.09.2018-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda Təsərrüfat şöbəsinin müdiri, 11 sentyabr 2018-ci ildən hal-hazıradək həmin İnstitutda Elmi katib vəzifəsində işləyir.

Türk, rus dillərini sərbəst, ingilis dilini lüğətin köməyi ilə bilir. Komputer proqramları üzrə kurs keçmiş, müxtəlif proqramları mənimsəmişdir.

Ailəlilidir, 2 övladı var.