Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun "İribuynuzlu heyvanların genetikası və seleksiyası" laboratoriyasının müdiri

+994706146639
mubariz.heziyev@heti.az

Həziyev Mübariz Bayram oğlu 1 dekabr 1966-cı ildə Qərbi Azəbaycanın Əzizbəyov rayonu Zeytə kəndində anadan olmuşdur.

1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zoomühəndislik fakultəsinnə daxil olmuşdur. 1993-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zoomühəndislik fakultəsini fərqlənmə diplomu ilə bitirərək, zoomühəndis ixtisasına yiyələnmişdir.

1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur.

1987-ci ildə Əlibayramlı şəhərində təmir-tikinti idarəsində fəhlə işləmişdir.

1993-cü ildən Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun “Camışların bəslənməsi və yetişdirilməsi” laboratoriyasında kiçik elmi işçi, 2004-cü ildən həmin laboratoriyada elmi işçi vəzifəsində çalışmışdır.

29.02.2006-ci ildən İnstitutun Yardımçı Təcrübə Təsərrüfatında direktor vəzifəsində çalışmışdır.

28.02.2008-ci ildə institutun camışçılıq laboratoriyasında böyük elmi işçi vəzifəsində işləmişdir.

2013-cü ildən “Camışların bəslənməsi və yetişdirilməsi” laboratoriyasına müdir vəzifəsinə təyin olunub.

2015-ci ildən hal-hazıradək Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “İribuynuzlu heyvanların genetikası və seleksiyası” laboratoriyasında müdir vəzifəsində işləyir.

Hal-hazıradək 29 elmi məqaləsi və 2 ədəd bukleti dərc edilmişdir.

2003-cü ildən bu günə kimi 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin 43 saylı Firuzabad seçki məntəqəsinin sədridir.

Eyni zamanda İnstitutun Həmkarlar İttifaqı komitəsinin üzvüdür.

Ailəlidir, 2 övladı var