Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun "Yemləmə, yem istehsalı və məhsulların emalı texnologiyası laboratoriyasının" müdiri.

+994504315021
namik.hesenov@gmail.com
namiq.hesenov@heti.az

Həsənov Namiq Məhərrəm oğlu 01 avqust 1966-cı ildə Bərdə rayonu Mollalı kəndində anadan olmuşdur.

1991-ci ildə S.Ağamalıoğlu adına “Şərəf Nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini ipəkçilik ixtisası üzrə bitirmişdir.

1992-1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun əyani aspirantı olmuşdur.

1997-ci ildə “Yeni rayonlaşdırılmış ipəkqurdu cinsləri və çəkil sortlarının qarşılıqlı əlaqəsinin öyrənilməsi” mövzusunda 06.02.01- “Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi, seleksiyası və artırılması” ixtisası üzrə namizədlik dissertasiyası müdafiyə etdiyinə görə ona kənd təsərrüfatı elmləri namizədi (aqrar elmləri fəlsəfə doktoru) alimlik dərəcəsi verilmişdir. 2010-cu ildə ona “Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi, seleksiyası, genetikası və çoxaldılması” ixtisası üzrə dosent elmi adı verilmişdir.

1983-cü ildə Bərdə rayonu Mollalı kəndində kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır.

1984-1986-cı illərdə hərbi hissədə xidmət etmişdir. Əyani aspiranturanı bitirdikdn sonra 1995-2005-ci illərdə “Tut ipəkqurdu seleksiyası” laborratoriyasında kiçik elmi işçi, elmi işçi və baş elmi işçi vəzifələrində çalışmışdır.

2005-ci ilin iyun ayından “Tut ipəkqurdunun yetişdirilməsi və genetika” laboratoriyasında müdir kimi fəaliyyət göstərmişdir.

2010-2015-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır.

2015-ci ildən hal-hazıradək Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun "Yemləmə, yem istehsalı və məhsulların emalı texnologiyası" laboratoriyasının müdiri vəzifəsində çalışır.
Elmi naliyyətləri: 4 patentin həmmüəllifidir

1. Yaşar x Gəncə-6 tut ipəkqurdu hibridi (patent№00076)

2. Gəncə-6 x Yaşar tut ipəkqurdu hibridi (patent№00077)

3. Mayak-1 x Çinar tut ipəkqurdu hibridi (patent№00120)

4. Çinar x Mayak-1 tut ipəkqurdu hibridi (patent№00121)

Beynəlxalq treninqlər, simpozium və konfranslar: Yaponiya, Ukrayna, Özbəkistan və s. ölkələrdə keçirilən beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

Tədqiqat sahəsi: Tətbiqi tədqiqat Hal-hazıradək 60-dan çox elmi əsərin həmmüəllifidir.

Keçirilmiş bütün elmi, ictimai - siyasi tədbirlərdə fəal vətəndaş kimi iştirak etdiyinə görə dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətinin şifahi və yazılı Fəxri Fərmanları ilə təltif edilmişdir. Eyni zamanda İnstitut Həmkarlar İttifaqı Komitəsinin sədridir.

Ailəlidir, 2 övladı var.