Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru

+994553294188
direktor@heti.az
m.h.haciyev@heti.az
mailto:mahirhaciyev@mail.ru

Hacıyev Mahir Həmzə oğlu 1969-cu il, fevralın 25-də Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1976-1986-cı illərdə Gəncə şəhəri 4 saylı orta məktəbdə təhsil almışdır.

1986-cı ildə S.Ağamalıoğlu adına Azərbaycan Kəndə Təsərrüfatı Akademiyasının zoomühəndislik fakultəsinə daxil olmuşdur.

1987-1989-cu illərdə hərbi xidmətdə olmuş və sonra isə təhsilini davam etmişdir.

1993-cü ildə AKTA-nın zoomühəndislik fakultəsini fərqlənmə diplomu ilə bitirərək Dövlət İmtahan Komissiyasının və Fakultə Elmi Şurasının qərarı əsasında aspiranturaya daxil olmağa tövsiya edilərək ,təyinat ilə Gəncə quşçuluq fabrikinə işə göndərilmişdir.

1993-cü ilin dekabr ayının 30-dan 1996-cı il, dekabrın 28-ə kimi F.Məlikov adına Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun aspiranturasında əyani şöbəsinə daxil olmuşdur.Eyni zamanda öz xahişi ilə Gəncə quşçuluq fabrikində təcrübə aparmaq məqsədi ilə yardımçı fəhlə təyin edilmişdir.Həmin fabrikdə 2001-ci ilin yanvar ayına qədər çalışmışdır.

2001-ci ilin yanvar ayından AzETHİ-nin “Quşçuluq” laboratoriyasının kiçik elmi işçisi və 2002-ci ilin yanvarın 17-dən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Zoobaytarlıq və əmtəəşunaslıq” fakultəsinin “Heyvandarlıq və heyvandarlıq məhsulları istehsalının texnologiyası” kafedrasında assistent və 2005-ci ilin may ayının 13-dən 2008-ci ilə qədər baş müəllim vəzifəsində çalışmışdır.

2003-cü ilin noyabr ayının 1-də “Azərbaycanda sənaye üsulu ilə yumurta istehsalı texnologiyası elementlərinin təkmilləşdirilməsi” mövzusunda dissertasiyanı müdafiə etmiş və 25 fevral 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi adını almışdır.

2004-2005 illərdə Az.ETHİ-nin “Quşçuluq” laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışmışdır.

2007-ci ilin fevral ayında “Zoobaytarlıq və əmtəəşunaslıq” fakultəsinin “Heyvandarlıq və heyvandarlıq məhsullarının istehsalı texnologiyası “kafedrasında dossent əvəzi işləmiş və 2008-ci ildən həmin kafedranın dossenti vəzifəsinə təyin edilmişdır.

2006-cı ilin noyabr ayından 2011-ci ilin iyul ayına qədər Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır.

2007-ci ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət Aqrar Universitetinin Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatının sədri vəzifəsində çalışmışdır.

2010-cu ildən hal hazıra kimi Ümümdünya Quşçuluq Elmi Assosiasiyanın Azərbaycan bölməsinin sədri,2011-ci ilin iyul ayından ADAU-nun “Baytarlıq təbabəti və zoomühəndislik” fakultəsinin “Heyvandarlıq və balıq məhsullarının istehsalı texnologiyası” kafedrasının dossenti vəzifəsində işləmişdir.

Hazırki dövrə qədər 141-dək elmi məqalənin , o cümlədən: 32 –dən artıq metodik göstərişin və dərs proqramlarının, 1 dərsliyin ,1 dərs vəsaitinin , 2 ixtiranın, 14 – tövsiyənin və elmi məqalələrin müəllifidir. A.e.f.d., dosent Hacıyev Mahir hal hazırda Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində işləyir.