Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun “Zootexniki və biokimyəvi tədqiqatlar" laboratoriyasının müdiri

+994504560197
yasin.gozelov@heti.az

Gözəlov Yasin Qaibqulu oğlu 1962-ci ildə Gürcüstan Respublikası Qardabani rayonunun Qaratəhlə kəndində anadan olmuşdur.

1986-cı ildə S.Ağamalıoğlu adına “Şərəf Nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Zoomühəndistlik” fakültəsini “ Fərqlənmə” diplomu ilə bitirərək “Zootexniya” ixtisasına yiyələnmişdir.

1986-1990-cı illərdə Siyəzən Broyler quşçuluq fabrikində müxtəlif vəzifələrdə işləmişdir.

19 noyabr 1990-cı ildən 25 may 1994-cü ilə qədər Akademik F.Ə.Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda (AzETHİ-da) işləmiş, 10 iyul 2007-ci ildən institutda yenidən işləməyə başlamışdır.

Nazirlər Kabinetinin 2015-ci il 17 aprel 109 və 111№-li qərarı ilə AzETHİ və İpəkçilik Elmi Tədqiqat İnstitutu birləşdirildikdən sonra yeni yaradılmış Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda (HETİ-da) 02 noyabr 2015-ci il tarixdən, 01 saylı əmrlə “İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsi”nin müdiri vəzifəsinə işə qəbul edilmişdir.

01 fevral 2018-ci il tarixdən 19 saylı əmrlə “Zootexniki və biokimyəvi tədqiqatlar laboratoriyasının” müdiri vəzifəsinə təyin edilmişdir.

2009-cu il dekabr ayından “Yeni Azərbaycan” partiyasının, 2010-cu il 18 yanvar tarixindən institutun Elmi şurasının üzvüdür.

Hal-hazırda “Zootexniki və biokimyəvi tədqiqatlar laboratoriyasının” müdiri vəzifəsində öz işimi davam etdirir.

İcra müddəti 2018-2020-ci il olan Mövzu 1.7. “Bazar iqtisadiyyatının tələbinə uyğun, müxtəlif tərkibli, ucuz yem paylarının müxtəlif heyvanların məhsuldarlıq göstəricilərinə və istehsal olunan məhsulların keyfiyyətinə təsirinin öyrənilməsi”,
İş 1.7.1.”Vitaminlərlə və proteinlə zəngin olan yem əlavələrinin quşların məhsuldarlıq göstəricilərinə və istehsal olunan məhsulun keyfiyyətinə təsirinin öyrənilməsi”,
Mərhələ. ”Hidrapon sistemi ilə yetişdirilən yaşıl yemin bildirçinlərin boy və inkişafına, yumurta məhsuldarlığına və yumurtanın inkubasiya keyfiyyətinə təsirinin öyrənilməsi” adlı elmi tədqiqat işində məsul icraçıdır.

“Azərbaycanda quşların məhsuldarlıq göstəricilərinə ultrabənövşəyi şuanın təsiri” adlı namizədlik dissertasiya mövzum 14 yanvar 2008-ci il tarixli, 03 saylı əmr ilə təsdiq edilmişdir. İş müvəffəqiyyətlə sona çatdırılmış, hal-hazırda müdafiə ərəfəsindədir. 40-dan çox məqaləsi qəzetlərdə çap edilmiş, 60-a qədər elmi məqalənin, 20-dan çox tövsiyənin, 2 kitabın, 3 metodiki vəsaitin, 20-ə qədər bukletlərin müəllifiyəm. Əsərlərim əsasən, Moskva şəhərində çıxan “Зоотехния” jurnalında, Azərbaycan Aqrar Elmi jurnalında, ADAU-nun Elmi Əsərlərində, ATU-nin Elmi Xəbərlərində, AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin Xəbərlər Məcmuəsində, Beynəlxalq Konfransların materiallarında, Ekoloji Kənd Təsərrüfatı jurnalında, və qəzetlərdə nəşr edilmişdir. Hazırda bu işi davam etdirir.

14.03.2013 tarixdə Azərbaycan Respublikası Standartlaşdırma, Metralogiya və Patent üzrə Dövlət Komitəsinə “Quşların şualandırılma üsulu” adlı iddia sənədi ilə müraciət etmiş (iddia sənədi №-si a 2013 0042), 30.08.2013 tarixdə həmin komitə tərəfindən ilkin ekspertizanın müsbət nəticəsi haqqında bildiriş almışdır.