Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun "At, dəvə quş və balıqların genetikası və seleksiyası" laboratoriyasının aparıcı elmi işcisi

+994557618188

Babayev Gəncəli Şahlar oğlu 15.04.1937- ci ildə Ağcabədi rayonunda anadan olub.

1957-1962-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zoomühəndislik fakültəsində oxuyub.

1962-1965-ci illərdə Ağcəbədi rayonu Kalinin adına kolxozda baş zootexnik vəzifəsində çalışmışdır.

1965-1968-ci illərdə AzHETİ aspirantura bölməsində təhsil almışdır.

1969-1979-ci illərdə AzHETİ-də Qoyunçuluq şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır.

1979-1983-cü illərdə AzHETİ-də Heyvanların yetişdirilməsi laboratoriyasında böyük elmi işci vəzifəsində çalışmışdır.

1983-1986-cı illərdə Ağcəbədi rayonu Kalinin adına kolxozda Yem istehsalı sədrinin müavini vəzifəsində çalışmışdır.

1989-1990-cı illərdə Xanlar rayonunun Quşculuq birliyində direktor vəzifəsində çalışmışdır.

1990-1991-ci illərdə Xanlar rayonunun Bağmanlar toxumçuluq savxozunda zootexnik vəzifəsində işləmişdir.

1991-1992-ci illərdə Xanlar rayonu 8 Mart koloxozunda baş zootexnik vəzifəsində çalışmışdır.

13.03.1992-11.12.1992-ci il tarixlərdə Samux ACB-ndə baş zootexnik vəzifəsində çalışmışdır.

01.04.1993-31.05.1993-cü il tarixlərdə Azərbaycan TMHC-da Zootexnik vəzifəsində çalışmışdır.

02.06.1993-09.05.1994-cü illərdə Ağcəbədi rayonu Qaçaq Nəbi kolxozunda sədr müavini vəzifəsində çalışmışdır.

2011-ci ildən indiyədək Heyvandarlıq Elmmi-Tədqiqat İnstitutunda çalışır.

Tədqiqat sahəsi – Seleksiya- genetika üsulları ilə iri buynuzlu qaramalın damazlıq keyfiyyətinin yüksəldilməsi və məhsuldarlığın artirilması.

52 yaxın məqalənin müəllifidir.