YARANMA TARİXİ

YARANMA TARİXİ
İlk dəfə respublikamızda heyvandarlığın vəziyyətini öyrənmək məqsədilə Azərbaycan Хalq Kоmissarlığının təklifi ilə 1926-cı ildə ekspedisiya təşkil edilmişdir. Tədbirin icrası üçün 12 nəfərdən ibarət tədqiqat qrupu yaradılmış, 418 yaşayış məntəqəsində 16540 baş heyvan fərdi təsərrüfatlarda öyrənilmiş, 5543 süd, 2340 yun, 71 dəri, 526 yem və 5690 bitki nümunələri, 7 heyvan skeleti, 520 heyvan başının skeleti, 150 baş qоyunların quyruğunun skeleti tədqiq edilmişdir. Elə həmin il Respublika Hökumətinin qərarı ilə Gəncə şəhərindən 7 km, Хanlar (Göygöl) şəhərindən 3 km aralı ərazidə heyvandarlıq elm оcağının əsası qоyulmuşdur. 1929-1930-cu illərdə ekspedisiyanın nəticələri əsasında Azərbaycan heyvandarlığının bütün sahələrini əhatə edən 6 cilddə kitab məcmuəsi nəşr edilmişdir.

1944-1949-cu illərdə stansiyaya prоfessоr F.Ə.Məlikоv rəhbərlik etmiş və demək оlar ki, gələcək institutun sərbəst elmi-tədqiqat müəssisəsi statusu alınmasının kоnkret kоnsepsiyasını hazırlamışdır.

1949-cu ildə Heyvandarlıq təcrübə stansiyasının bazasında Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu təşkil edilmişdir. İnstitut 1979-2015-ci ilə qədər akademik Firuz Əli оğlu Məlikоvun adını daşımışdır. İnstitut Azərbaycan Respublikası Prezidentinin 18 may 1993-cü il tariхli fərmanı ilə Respublika Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilmişdir.

17 aprel 2015-ci il tarixli 109 №-li qərarı ilə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental istehsalat Faxralı Təcrübə stansiyasının bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu yaradıldı.

İNSTİTUTUN NAİLİYYƏTLƏRİ


Azərbaycan dağ merinosu
YARANMA TARİXİ
Cins 1935-1947-ci illərdə Gədəbəy Dövlət Damazlıq stansiyasında F.Ə.Məlikovun, M.H.Sadıqovun rəhbərliyi altında yaradılmışdır. Bu zaman mürəkkəb yaradıcı çarpazlaşdırma üsulundan istifadə edilmişdir. Yerli Gədəbəy, Merinos və Bozax qoyunları Askaniya cinslərinin yaxşılaşdırılmış qoçları ilə çarpazlaşdırılmışdır. Yüksək dağlıq şəraitinə uyğunlaşmış mələz sürülər özlüyündə yetişdirilmişdir. Cinsin ən qiymətli xüsusiyyəti bütün il boyu otlaq şəraitində saxlanmasıdır. Cinsin daxilində əsasən iki tip əmələ gəlmişdir. Birinci tipin qoyunları yaxşılaşdırılmış Sovet merinosuna bənzəyir. Bunlar ayaqlarının və başlarının yunla örtülü, dərilərinin elastiki və qırışsız, boyunlarının aşağı hissəsində buxaq şəklində dəri qatları olması ilə fərqlənir. Birinci tipin qoçlarının canlı kütləsi 75-90 kq, qoyunlarınınkı isə 40-50 kq-dır. Ana qoyunlardan 4-5 kq, qoçlardan 8-10 kq çox zərif merinos yunu alınır.

Abşeron qoyun cinsi
YARANMA TARİXİ
Azərbaycanın düzənlik bölgəsində, o cümlədən Abşeron yarımadasında yetişdirilir. Bu onunla bağlıdır ki, bu cinsin quyruğunda çox miqdarda piy toplanır və belə heyvanlar dağ və təpəlikdə çətin hərəkət edirlər. Çox zaman onların quyruq piyi o qədər iri olur ki, qoyun onu gəzdirə bilmir və belə heyvanların quyruq nahiyyəsinə diyircəkli arabacıq bağlanır. Yaxşı ət məhsulu verir, ana qoyunlar 50-60 kq, qoçları isə 75-80 kq canlı kütləyə malik olub, 50-60 % ət çıxarına malik olur.

Mil-Qarabağ qoyun cinsi
YARANMA TARİXİ
Bu cins yerli aborigen cins olub, yerli şəraitə çox yaxşı uyğunlaşmışlar. Qarabağ qoyunları yemə az tələbkardır. İri bədənli, yunun rəngi açıq-boz və kürən rənglidir. Ana qoyunlar 45-50 kq, qoçları isə 60-80 kq canlı kütləyə çatırlar. Ət çıxarı 55-60% olmaqla mərmərvari quruluşa malikdir. Gündə 20-25 km yol gedə bilir. Əkiz doğma halları çox olur. Hər 100 qoyundan 130-140 baş quzu almaq olur. Süd məhsuldarlığı da yaxşıdır. Hər qoyundan 50-60 kq süd almaq olur. Dərisi gön üçün yararlıdır. Xəstəliyə az tutulurlar.

Azərbaycan qonur malı cinsi
YARANMA TARİXİ
Azərbaycan qonur malı cinsi Azərbaycanda, Gürcüstanda və Dağıstanda 1930-cu ildən başlayaraq yerli malların Şvis cinsi ilə, sonralar Lebedin və Kostroma cinsləri ilə çarpazlaşdırılması yolu ilə yaradılmışdır. Yaxşı yemləmə saxlama şəraiti yaradılmış III nəsil mələzlərdə «özlüyündə» yetişdirmə tətbiq edilmişdir. Aparılmış məqsədəuyğun damazlıq işlərinin nəticəsində yaradıcı çarpazlaşdırma nəticəsində qonur malın yeni qrupu yaradılmışdır ki, bu da 1960-cı ildə Ş.Ə.Rəsizadə, S.Ə.Qocayev və başqalarının iştirakı ilə «Qafqaz qonuru» cinsi adı ilə təsdiq edilmişdir.
Cinsin süd məhsuldarlığı 2400-3000 kq, süddə yağlığı 3,8-4,0%-dir, canlı kütləsi inəklərdə 400-450 kq, törədicilərdə 700-750 kq-dır. Rekordçu inəklər 4,0-4,2% yağlılıqda 4000-4500 kq süd verirlər. Cinsin potensial imkanları daha da çoxdur. 1950-ci ildən başlayaraq Azərbaycan zebusu və yüksək məhsuldar qaramal cinsləri ilə yerli cinslərinin hibridləşdirmə işi aparılmışdır. Aberdin-Anqus x Zebu hibridləri, Hollavey x Qonur qafqaz mələzlərinin ət məhsuldarlığı öyrənilmişdir.

Azərbaycan qonur malı cinsi
YARANMA TARİXİ
Respublikamızın heyvandarlığı müxtəlif növ genofondlarla zəngindir. Azərbaycan camışı bu genofondlar içərisində məhsuldarlığı və ekoloji dözümlüyü baxımdan daha üstün olub, xalqımızın həyatında xüsusi rol oynamışdır.
Camış südlük və ətlik mal kimi özünün bir sıra qiymətli ekoloji xüsusiyyətlərinə görə qaramal cinslərindən fərqlənir və təsərrüfat nöqteyi-nəzərindən onlardan xeyli üstündür. Südünün yağlığına görə camış bütün qaramal cinslərindən, hətta yağlı-südlü heyvan növü olan yak, qoyun və zebulardan da xeyli üstündür. Azərbaycan camışının bəzi infeksion xəstəliklərə qarşı nisbətən davamlı olması və xüsusən onların hemosporidioz xəstəliklərə tutulması xüsusiyyəti camışçılığın respublikamız üçün heyvandarlığın ən əlverişli bir sahəsi olduğunu bir daha sübut edir.

Azərbaycan Zebusu
YARANMA TARİXİ
Azərbaycan Respublikasında zebu və zebunövlü mallar qədim vaxtlardan saxlanılır. Onlar qədimdən ekstensiv şəraitdə saxlandığı üçün nisbətən cır, kiçik boylu və az südlü olurlar, ancaq, nadir hallarda bol yem şəraitində onların illik süd məhsulu 2800-3000 kq -a çata bilir.
Beləliklə zebuların heyvandarlıqda daha məhsuldar, yeni, yağlı-südlü, ətlik və xəstəliklərə davamlı cinslər yaradılmasında böyük əhəmiyyəti vardır.
Azərbaycan zebusu respublikamızın Lənkaran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarında yayılmışdır. Azərbaycan zebuları laktasiya müddətində 780-1100 kq 4,2-6,45% yağlılıqda süd verir. Qaba yemlərin həzm olunmasında zebu, qaramal ilə camış arasında orta yer tutur.